satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırıb

Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırıb

Ermənistanın İctimai Televiziyası "Artsax" adından istifadə etməyi dayandırıb. 

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qondarma rejimin Ombudsmanı Geqam Stepanyan facebook-da məlumat verib. 

Geqam Stepanyan qeyd edib ki, həmişə İctimai Televiziyada "Artsax" adından istifadə olunurdu, artıq "Dağlıq Qarabağ" adından istifadə edilir. Ombudsman həmçinin qeyd edib ki, "Artsax" Konstitusiyasına görə, "Artsax Respublikası"nın "Dağlıq Qarabağ" Respublikası ilə adları eynidir. Heç olmasa, bunların ikisindən də istifadə edilsin.

"İctimai Televiziya artıq heç "respublika" sözünü də işlətmir", - Ombudsman Geqam Stepanyan bunun üçün İctimai Televiziyaya qəzəbini də gizlətməyib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM