satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın xarici işlər naziri Cakartada ASEAN tədbirlərində iştirak edəcək

Rusiyanın xarici işlər naziri Cakartada ASEAN tədbirlərində iştirak edəcək

İyulun 12-14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak edəcək.

Naxçıvan televiziyası Rusiya mediasına istinadla xəbər verir ki, Lavrov Rusiya-ASEAN, Şərqi Asiya Sammiti və ASEAN Regional Təhlükəsizlik Forumu formatlarında xarici siyasət idarələri rəhbərlərinin görüşlərində iştirak edəcək.

İyulun 12-də Lavrov ASEAN-ın Baş katibi Kao Kim Hourn ilə görüşəcək. İyulun 13-də Rusiya və Assosiasiya dövlətlərinin xarici əlaqələr idarələri rəhbərlərinin görüşü zamanı siyasi, ticari-iqtisadi və sosial-mədəni sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair müzakirələr aparılacaq, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

İyulun 14-də Şərqi Asiya Sammiti ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək, aktual regional və beynəlxalq problemlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM