satellite   Azerspace-1: 11135 H 30000

Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

İyulun 12-də Litvanın paytaxtı Vilnüsdə NATO sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək. Bu, Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyaya kömək edəcəyi gözlənilən yeni əməkdaşlıq formatıdır.

Naxçıvan televiziyası xəbər verir ki, sammitin proqramına əsasən, iclasdan öncə NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Daha sonra Ukrayna-NATO Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclasının keçirilməsi planlaşdırılır. NATO-nun Baş katibi iclasdan sonra nəticələrə dair çıxış edəcək.

NATO Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernevin mətbuata açıqlamasına görə, iclasda mövcud təhlükəsizlik məsələləri və NATO-nun inkişafının strateji baxışı, eləcə də Ukraynanın Alyansa daxil olması müzakirə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM