satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna SQ: Rusiyaya məxsus S-400 zenit-raket kompleksi məhv edilib

Ukrayna SQ: Rusiyaya məxsus S-400 zenit-raket kompleksi məhv edilib

Ukrayna Silahlı Qüvvələri (SQ) Rusiyaya məxsus S-400 zenit-raket kompleksini məhv edib.

Naxçıvan televiziyası "RBK-Ukraina"ya istinadən xəbər verir ki, raketlər Rusiya işğalı altında olan Donbasda məhv edilib. Ukrayna qırıcıları HIMARS sistemindən istifadə etməklə hava hücumundan müdafiə sistemini zərərsizləşdiriblər.

Bildirilib ki, həmin raket sistemi ilə iyunun 27-də Kramatorskdakı kafe vurulub.

Qeyd edək ki, kafeyə atılan raket hücumu nəticəsində 3-ü uşaq olmaqla 10-dan çox insan həlak olub. 65 nəfər xəsarət alıb, ölənlər arasında əcnəbilər də var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM