satellite   Azerspace-1: 11135 H 30000

Nyu-Yorkda Türkiyənin 15 iyul şəhidlərinin xatirəsi anılıb

Nyu-Yorkda Türkiyənin 15 iyul şəhidlərinin xatirəsi anılıb

Türkiyənin “Demokratiya və Milli Birlik Günü” münasibətilə Nyu-Yorkda fəaliyyət göstərən “Türk evi”nin on altıncı mərtəbəsinin eyvanından 15 iyul dövlət çevrilişi cəhdinə qarşı mübarizədə həlak olan 252 şəhidin adlarının və fotoşəkillərinin əks olunduğu nəhəng poster asılıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun hazırladığı posterdə “Heç vaxt unutma” şüarı da yer alıb.

Nəhəng poster yerli ictimaiyyətin diqqətin çəkib. Yerli media “Türkiyə 15 iyul şəhidlərinin xatirəsini anır” başlığı ilə xəbərlər yayımlayıb.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən 252 mülki şəxs və hərbçi şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM