satellite   Azerspace-1: 11135 H 30000

Kosovo “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

Kosovo “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

Türkiyə istehsalı “Bayraktar” TB2 zərbə PUA-ları Kosovo Silahlı Qüvvələrinin arsenalına daxil olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Kosovonun Baş naziri Albin Kurti bildirib.

“Ordumuzun arsenalını hökumət olaraq Türkiyədən aldığımız “Bayraktar” TB2 pilotsuz uçuş aparatları ilə təmin etdik. İki illik hökumət dövründə ordunun sayını 80 %-dən çox artırdıq, ordunun büdcəsini isə 100 %-dən çox”, - siyasətçi feysbukda yazıb.

Onun sözlərinə görə, Kosovo “daha ​​da təhlükəsiz” olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM