satellite   Azerspace-1: 11135 H 30000

KİV: Krım körpüsündə partlayış baş verib, ölənlər var

KİV: Krım körpüsündə partlayış baş verib, ölənlər var

Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Daha əvvəl, Krımın qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

"Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.

Hadisənin təfərrüatları açıqlanmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM