satellite   Azerspace-1: 11135 H 30000

Fransada iğtişaşlar zamanı saxlanılanların üçdə biri yeniyetmələrdir

Fransada iğtişaşlar zamanı saxlanılanların üçdə biri yeniyetmələrdir

Fransada polisin 17 yaşlı gənci güllələyərək öldürməsindən sonra ölkəni bürümüş iğtişaşlar zamanı ümumilikdə 3,8 min nəfəri saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə daxili işlər naziri Cerald Darmanin bildirib.

Qeyd edilib ki, saxlanılanların üçdə biri yeniyetmələrdir, onların orta yaşı 17-18-dir.

Bundan əvvəl Fransanın ədliyyə naziri Erik Düpon-Moretti demişdi ki, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM