satellite   Azerspace-1: 11135 H 30000

Britaniya “Vaqner”in Afrikadakı hərbi rəhbərlərinə sanksiya tətbiq edib

Britaniya “Vaqner”in Afrikadakı hərbi rəhbərlərinə sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin Mali, Mərkəzi Afrika Respublikası və Sudandakı fəaliyyəti ilə əlaqəli 13 şəxsə və şirkətə qarşı sanksiya tətbiq edib.

Naxçıvan televiziyası BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətindən bildirilib.

Məlumata görə, onların arasında “Vaqner” rəhbəri Yevgeni Priqojinin “sağ əli” olan və Mali və Mərkəzi Afrika Respublikasında şirkətin fəaliyyətini idarə edən şəxs də var. Onlar əməliyyatlar zamanı qəsdən mülki əhalini hədəfə alıblar.

Britaniya hökumətinin bəyanatında bildirilib ki, “Vaqner”in Malidəki rəhbəri İvan Maslov və MAR-dakı iki lideri Vitali Perfilyev və Konstantin Pikalov da qadağalara məruz qalıblar.

Məlumata görə, daha beş qurum və fiziki şəxs Sudanda sülhə, sabitliyə, o cümlədən hərbi texnikanın tədarükü və dezinformasiya vasitəsilə təhlükə törətdiyinə görə sanksiya siyahısına salınıb.

Bildirilib ki, “Vaqner” bir neçə ildir, Mali, Mərkəzi Afrika Respublikası və Sudanda fəaliyyət göstərib. Onlar Rusiyanın regionda xarici siyasət maraqlarını aqressiv şəkildə təbliğ edib. Yüzlərlə mülki şəxsin ölümünə səbəb olan antiterror əməliyyatlarına hərbi dəstək verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM