satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: "Türkiyə ilə “Taxıl sazişi”nə dair təmaslar davam edir"

Rusiya XİN: "Türkiyə ilə “Taxıl sazişi”nə dair təmaslar davam edir"

"Türkiyə ilə “Taxıl sazişi”nə dair təmaslar davam edir".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.

Onun sözlərinə görə, Moskva və Ankara "Taxıl sazişi" və ərzaq tədarükü üzrə dialoqu davam etdirir.

S.Verşin həmçinin bildirib ki, təhlükəsizlik zəmanəti olmadan Qara dənizdə mülki daşımaların aparılması ehtimalı azdır.

Nazir müavini Moskvanın iştirakı olmadan sazişin bərpası imkanını istisna edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM