satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 150 nəfər həlak olub, 300-ə yaxın insan isə xəsarət alıb.

Naxçıvan televiziyası “The News International” qəzetinə istinadla xəbər verir ki, Pakistanın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, ən çox ölüm halı Pəncab əyalətində qeydə alınıb – 66 nəfər. Yağışlar və daşqınlar əyalətdə onlarla evi dağıdıb və kənd təsərrüfatına ciddi zərər vurub. Lahor və Ravalpindi şəhərlərinin bəzi rayonları su altında qalıb.

Hayber-Paxtunxva əyalətində isə yağışlar, torpaq sürüşmələri və ildırım 47 nəfərin həyatına son qoyub. Eyni zamanda, ölkənin qərbində yerləşən Bəlucistan və cənub-şərqində yerləşən Sind əyalətlərindən də insan tələfatı ilə bağlı xəbərlər gəlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM