satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı Nigerdə dövlət çevrilişini qətiyyətlə pisləyib

Avropa İttifaqı Nigerdə dövlət çevrilişini qətiyyətlə pisləyib

“Avropa İttifaqı (Aİ) dövlət çevrilişi cəhdi ilə üzləşən Nigerin hazırkı Prezidenti Məhəmməd Bazumu tam dəstəkləyir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkələrdə etdiyi paylaşımda yazıb.

"Mən Prezident Məhəmməd Bazum ilə danışdım və onu Aİ-nin tam dəstəyinə əmin etdim. Biz Nigerdə sabitliyi pozmaq cəhdlərini qətiyyətlə qınayırıq", - paylaşımda deyilir.

Xatırladaq ki, ötən gün Nigerdə prezident qvardiyasının bir qrup əsgəri ölkənin paytaxtı Niameydə dövlət başçısının ofisinin yerləşdiyi binanın qarşısını kəsib. Onlar Məhəmməd Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını və ölkənin sərhədlərinin bağlandığını elan ediblər. Silahlı qiyama səbəb Bazumun prezident qvardiyasının komandiri, general Ömər Çianinin vəzifədən azad edilməsi məsələsini qaldırması olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM