satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə DİN İstanbulda qeydiyyatda olmayan suriyalılara xəbərdarlıq edib

Türkiyə DİN İstanbulda qeydiyyatda olmayan suriyalılara xəbərdarlıq edib

İstanbulda qeydiyyatda olmayan suriyalılar sentyabrın 24-nə qədər qeydiyyatda olduqları şəhər və rayonlara geri qayıtmalıdırlar.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin şəxslər göstərilən tarixədək Miqrasiya İdarəsinə müraciət edərək yola düşmək üçün icazə kağızı ala bilərlər.

Bu il fevralın 6-da baş verən zəlzələdən sonra həmin rayon və şəhərlərdən İstanbula gələn suriyaəsilli əcnəbilər ikinci müraciətə qədər qeydiyyatda olduqları ərazilərdə yaşayacaqlar.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu prezident seçkilərindən sonra Türkiyədəki 1 milyon suriyalının öz ölkələrinə qayıdacağını və bununla bağlı Qətərlə əməkdaşlığa başlanıldığını da söyləmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM