satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda Rusiya gəmisinin ölkəyə gəlməsinə etiraz edənlər saxlanılıb

Gürcüstanda Rusiya gəmisinin ölkəyə gəlməsinə etiraz edənlər saxlanılıb

Gürcüstan polisi Rusiyanın “Astoria Grande” səyahət gəmisinin Batumi limanına yan almasına qarşı keçirilən etiraz aksiyasının bir qrup iştirakçısını saxlayıb.

Naxçıvan televiziyası Gürcüstan mediasına istinadla xəbər verir ki, həmin şəxslər polislə qarşıdurmada təqsirkar bilinir.

Hazırda limanda təhlükəsizliyin qorunmasına gücləndirilmiş polis naryadları cəlb edilib. Ərazi xüsusi dəmir sədlərlə əhatəyə alınıb.

Gecə saatlarında limanın yaxınlığına toplaşan gürcüstanlı fəallar laynerin göyərtəsində Rusiyanın Ukraynaya təcavüzünü və Abxaziyanın Gürcüstandan ayrılmasını dəstəkləyən şəxslərin olduğunu iddia ediblər. Müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Levan Xabeişvilinin də mitinqə qatıldığı bildirilir.

Bu, “Astoria Grande” səyahət gəmisinin Gürcüstana gəlməsinə qarşı ilk etiraz deyil. İyulun 27-də yüzlərlə insan gəminin yan aldığı estakadaya toplaşaraq etiraz aksiyası keçirmişdi.

Gürcüstan Prezidenti Salome Zurabişvili laynerin Batumiyə gəlməsini Rusiyanın təxribatı adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM