satellite   Azerspace-1: 11135 H 30000

BMT: Ukrayna üçün nəzərdə tutulan humanitar yardım planının 30 faizi maliyyələşdirilib

BMT: Ukrayna üçün nəzərdə tutulan humanitar yardım planının 30 faizi maliyyələşdirilib

Bu il Ukrayna üçün 3,9 milyard dollar məbləğində humanitar planın cəmi 30 faizi maliyyələşdirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu brifinqdə BMT-nin Ukrayna üzrə humanitar koordinatoru Denis Braun deyib.

“Əhalinin yardıma ehtiyacı artır, azalmır. Humanitar yardım planı cəmi 30 faiz maliyyələşdirilib. Ukraynada soyuqlar tez düşür. Biz artıq qış haqqında düşünməliyik", - deyə o söyləyib.

D.Braun qeyd edib ki, mövcud ehtiyacların təhlili əsasında hazırlanan humanitar plan bütün humanitar ehtiyacları təmin etmək üçün 3,9 milyard dollar tələb edir. Eyni zamanda dağıdılan Kaxovskaya su elektrik bəndinin yenidənqurulması bu vəsaitə daxil deyil, çünki bu, tamamilə gözlənilməz idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM