satellite   Azerspace-1: 11135 H 30000

İranda istilər səbəbindən iki əlavə istirahət günü elan edilib

İranda istilər səbəbindən iki əlavə istirahət günü elan edilib

İran hakimiyyəti anomal istilər səbəbindən çərşənbə və cümə axşamını istirahət günü elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, hökumət müəssisələrinin, bankların və məktəblərin müvəqqəti bağlanması barədə qərar İran Səhiyyə Nazirliyinin havaların isti keçməsi ilə əlaqədar günvurma hallarının mümkün çoxalması barədə xəbərdarlığı ilə bağlı verilib.

Son günlər İranda havalar həddən artıq isti keçir. Avqustun 1-də Tehranda termometrlər 38 dərəcəyə, ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində isə 50 dərəcəyədək qalxıb.

Meteoroloqlar növbəti üç gün ərzində Tehranda temperaturun daha da artacağını proqnozlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM