satellite   Azerspace-1: 11135 H 30000

İranın qərbində neft emalı zavodunda yanğın başlayıb

İranın qərbində neft emalı zavodunda yanğın başlayıb

İranın Lorestan əyalətinin Durud şəhərində, ölkənin qərbində yerləşən neft emalı zavodunda (NEZ) yanğın başlayıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətinin rəhbəri bildirib.

Qeyd edilib ki, yanğın “Kangan Petro Refining Co” neft emalı zavodunda başlayıb. Hazırda yanğınsöndürənlər qrupu söndürmə işləri ilə məşğuldur. Fövqəladə halın aradan qaldırılması üçün iki qonşu şəhərdən göndərilənlər də daxil olmaqla 16 yanğınsöndürmə briqadası Duruda gedir.

Hələlik zərərçəkənlər və yanğının səbəbi barədə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM