satellite   Azerspace-1: 11135 H 30000

Britaniya kəşfiyyatı: "Rusiyaya dəstəklə bağlı İran ali rəhbərliyində ziddiyyət yaranıb"

Britaniya kəşfiyyatı: "Rusiyaya dəstəklə bağlı İran ali rəhbərliyində ziddiyyət yaranıb"

“İran rəhbərliyi arasında Ukraynadakı müharibə üçün Rusiyaya kamikadze dronların tədarükü ilə bağlı mübahisə yaranıb”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur xarici KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın heç bir fərq qoymadan Ukrayna şəhərlərinə hücumu Tehran rejimində daxili çəkişmələrə səbəb olub.

R.Mur Ukraynanın davam edən əks-hücum əməliyyatlarının uğurlu olduğunu söyləyib: “Ukraynalı komandirlər rus həmkarlarından fərqli olaraq, öz əsgərlərinin həyatını qorumaq istəyirlər. Buna görə də daha ehtiyatlı davranırlar”.

Britaniya rəsmisi düşünür ki, Qərbin məqsədi Rusiya ordusunun Ukrayna ərazisindən çıxmasıdır: “Sülh şərtlərini biz yox, Ukrayna müəyyən etməlidir. Bizim işimiz Ukraynanı ən güclü mövqedən çıxış etməsinə dəstək olmaqdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatına başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM