Aralıq dənizi sahillərində Türkiyə vaxtı ilə saat 05:18-də 4,3 bal gücündə zəlzələ baş verib.
Naxçıvan televiziyası xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin Muğla vilayətinin Datça rayonunda qeydə alındığını bildirib. Zəlzələnin ocağı 6,94 kilometr dərinlikdə yerləşib.
