satellite   Azerspace-1: 11135 H 30000

“Apple” şirkəti Pekində daşqınların fəsadlarının aradan qaldırılmasına kömək edəcək

“Apple” şirkəti Pekində daşqınların fəsadlarının aradan qaldırılmasına kömək edəcək

“Apple” şirkətinin baş direktoru Tim Kuk bildirib ki, şirkət Pekində və Hebey vilayətində daşqınların fəsadlarının aradan qaldırılması işlərinə kömək edəcək.

Naxçıvan televiziyası xəbər verir ki, Tim Kuk Çinin “Weibo” sosial şəbəkəsində “Apple” şirkətinin yerlərdə fəsadların aradan qaldırılması işləri üçün vəsait ayıracağını yazıb.

Xatırladaq ki, iyulun 29-dan avqustun 1-dək Pekində son 140 ildə görünməmiş leysanlar olub. Ayrı-ayrı meteoroloji müşahidə yerlərində rekord miqdarda yağıntı düşüb - 740 mm-dən çox. Daşqınlar şəhərin qərb və şimal hissəsinə böyük ziyan vurub. 11 nəfər həlak olub, 27 nəfər itkin düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM