satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirilir

Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirilir

Ermənistanda bir qrup vətəndaş parlamentin önündə etiraz aksiyası keçirir.

Naxçıvan televiziyası “Aysor”a istinadən xəbər verir ki, onlar “müdafiə sənayesinin inkişaf etdirilməsini” tələb edirlər.

Etirazçıların sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib:

“Biz 44 günlük müharibədə olduğu kimi indi də müdafiəsiz qalmışıq”.

Aksiya iştirakçıları bildirirlər ki, hökumət pulu məqsədyönlü istifadə etmir:

“Bu günlərdə ölkədə müxtəlif bayram tədbirləri keçirilir, müğənnilər dəvət olunur, bu müğənnilərin Ermənistana gətirilməsi üçün astronomik məbləğlər xərclənir, hərbi sənayenin inkişafına isə bir qəpik də ayrılmır. Burada biz hərbi sənayeyə “hə”, əylənməyə “yox”, tamaşa-əyləncəyə “yox” deyirik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM