satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna rəsmisi Krım körpüsünü bir neçə dəfə vurduqlarını etiraf edib

Ukrayna rəsmisi Krım körpüsünü bir neçə dəfə vurduqlarını etiraf edib

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov Krım körpüsünə bir neçə dəfə zərbələr endirdiklərini etiraf edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə o, “Rada” telekanalına müsahibəsində deyib.

O.Danilov söyləyib ki, Ukrayna Krım körpüsündə həm ötən il, həm də bu ilin iyulun 17-də törədilmiş partlayışlarda iştirak edib.

O, bundan əlavə Ukraynanın bir çox obyektlərə hücumlar etdiyini də açıqlayıb.

Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi deyib ki, Ukrayna PUA-ları döyüş tapşırıqlarını uğurla yerinə yetirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM