satellite   Azerspace-1: 11135 H 30000

Misir Xurqadasında suyun altında muzey yaradılır

Misir Xurqadasında suyun altında muzey yaradılır

Qırmızı dəniz əyalətinin qubernatoru, general-mayor Əmr Hənəfi suyun altında ilk muzeyin yaradılması planlarını açıqlayıb. Muzey turistlərə Xurqadada diving və snorkeling üçün üç alternativ yer təklif edəcək və Qırmızı dənizin ətraf mühiti və Qoruqlar Nazirliyi ilə əməkdaşlığa hazırlaşır.

Naxçıvan televiziyası xəbər verir ki, o, həmçinin özündə iki məqsədi birləşdirəcək - turistlərin təhlükəsizliyini təmin edərək, onları əyləndirmək və Qırmızı dənizin təbii mərcan riflərini qoruyub saxlamaq.

“Qırmızı dəniz əyaləti sahillərinin yaxınlığında yerləşən muzey yeni mərcan riflərinin yaradılması, eləcə də tarixin cazibəsini və təbiətin gözəlliyini birləşdirən unudulmaz təəssüratlar üçün nəzərdə tutulub”, - deyə kurort əyalətinin başçısı bildirib.

Xüsusilə bu məqsədlə suyun altına yerləşdirilən nəqliyyat vasitələri turistləri cəlb edən yeni görməli yerlər olacaq. Misir məmurları vəd edirlər ki, muzeydə turistlər gizlədilmiş xəzinə və dəniz canlılarını aşkar edə bilərlər. Muzeyin açılışı artıq gələn cümə axşamına planlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM