satellite   Azerspace-1: 11135 H 30000

KİV: "Gürcüstanda torpaq sürüşüb, 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb"

KİV: "Gürcüstanda torpaq sürüşüb, 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb"

Gürcüstanın qərbində yerləşən Şovi kurort şəhərində torpaq sürüşməsi nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin “Sanset Şovi” mehmanxanası yaxınlığında baş verib.

Hadisə yerinə xilasedicilər, mobil xüsusi texnika, o cümlədən sərhəd polisinin helikopteri cəlb olunub.

Yerli sakinlər vurğulayıblar ki, dağın bir hissəsinin uçması nəticəsində kottec və ona yaxın ərazidəki binalar dağılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə təbii fəlakət nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmadığını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM