satellite   Azerspace-1: 11135 H 30000

Almaniya son 10 ildə ilk dəfə İslandiyada hərbi təlimlərə təyyarələr göndərir

Almaniya son 10 ildə ilk dəfə İslandiyada hərbi təlimlərə təyyarələr göndərir

Almaniya Hərbi Hava Qüvvələri İslandiyada keçirilən “Rapid Viking” hərbi təliminə altı “Eurofighter” və 30 hərbi qulluqçu göndərib.

Naxçıvan televiziyası “Doyçe Presse-Agentur”a (Alman Mətbuat Agentliyi, DPA) istinadən xəbər verir ki, Almaniyanın qırıcıları son 10 ildə ilk dəfə bu ölkədə manevrlərə qatılırlar. “Biz Almaniya Hərbi Hava Qüvvələrinin bir neçə gün ərzində ehtiyac duyulan yerdə ola biləcəyini göstərmək üçün orada iştirak edirik”, - Bundesverin nümayəndəsi Marko Brunhofer bildirib.

Almaniya Silahlı Qüvvələrinin saytında yerləşdirilən bilgidə deyilir ki, təlimlər üçün lazım olan bütün avadanlıq, o cümlədən silah və şəxsi heyət bir həftə içində İslandiyanın paytaxtı Reykyavikə göndərilib.

DPA vurğulayıb ki, texnikaların sürətlə köçürülməsi təlimlərin məqsədlərindən biridir.

Agentlik əlavə edib ki, bu, Rusiya-Ukrayna müharibəsi fonunda, eləcə də NATO müttəfiqləri ilə həmrəylik göstərmək üçün gərəklidir.

Xatırladaq ki, daha öncə Almaniya hərbi təyyarələri 2010 və 2012-ci illərdə İslandiyada keçirilən təlimlərdə iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM