satellite   Azerspace-1: 11135 H 30000

Niger qiyamçıları ölkədə tətbiq edilən komendant saatını ləğv ediblər

Niger qiyamçıları ölkədə tətbiq edilən komendant saatını ləğv ediblər

Nigerdəki üsyançıların hakim orqanı - Vətənin Müdafiəsi üzrə Milli Şurası prezident Məhəmməd Bazum hakimiyyətdən kənarlaşdırıldıqdan sonra ölkə ərazisində tətbiq edilən komendant saatının ləğv edildiyini elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Şuranın sözçüsü polkovnik Amadu Abdraman bildirib.

Qeyd edək ki, iyulun 26-da Niger hərbçilərinin üsyançı qrupu Bazumun ölkə prezidentliyindən uzaqlaşdırıldığını, sərhədlərin bağlandığını, komendant saatının tətbiq edildiyini, konstitusiya fəaliyyətinin dayandırıldığını elan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM