satellite   Azerspace-1: 11135 H 30000

Blinken: Vaşinqton Ukrayna taxılının ixracı üçün alternativ yollar üzərində işləyir

Blinken: Vaşinqton Ukrayna taxılının ixracı üçün alternativ yollar üzərində işləyir

ABŞ administrasiyası Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün alternativ marşrutlar üzərində işləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Antoni Blinken bildirib.

Onun sözlərinə görə, Vaşinqton alternativ yollar - quru, çay, dəniz üzərində işləyir. O, bu variantların Qara dəniz Taxıl Təşəbbüsünü tam əvəz edə biləcəyinə əminliyini ifadə etməyib.

Öz növbəsində, Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski cümə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib ki, Rusiya tərəfi ilə bağlı razılaşmalar yerinə yetirilərsə, ölkəsi Qara dəniz Taxıl Təşəbbüsünə qayıtmağa hazır olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM