satellite   Azerspace-1: 11135 H 30000

Aİ Belarusa hərbi malların ixracına qarşı sanksiyaları təsdiqləyib

Aİ Belarusa hərbi malların ixracına qarşı sanksiyaları təsdiqləyib

Avropa İttifaqı (Aİ) Belarusa ölkənin hərbi inkişafına töhfə verən mal və texnologiyaların, həmçinin odlu silah və sursatların ixracına qadağa qoyub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa İttifaqının yaydığı məlumatda bildirilib.

Sənəddə odlu silahların, onun hissələrinin və əsas komponentlərinin və döyüş sursatlarının birbaşa və ya dolayı yolla satışı, tədarükü, təhvil verilməsi və ya ixracı qadağası nəzərdə tutulur. Həmçinin Belarusda hər hansı fiziki və ya hüquqi şəxsə, təşkilata və ya orqana belə mallarla bağlı texniki yardım və vasitəçilik xidmətlərinin maliyyələşdirilməsi və ya göstərilməsi qadağandır.

Bundan əlavə, sanksiyalar həm pilotlu, həm də pilotsuz uçuş aparatları üçün aviasiya və kosmik sənayedə istifadə olunan məhsullara, o cümlədən təyyarə mühərrikləri və onların hissələrinə şamil edilir. Bununla belə, qadağa tibbi, əczaçılıq və ya humanitar məqsədlər üçün istifadə olunan mallara tətbiq olunmur.

Sanksiyalar avqustun 5-dən qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM