satellite   Azerspace-1: 11135 H 30000

Litva Belarusla sərhəddəki bəzi keçid məntəqələrini bağlayacaq

Litva Belarusla sərhəddəki bəzi keçid məntəqələrini bağlayacaq

Litva Belarusla sərhəddəki bir neçə keçid-buraxılış məntəqəsini bağlamağa hazırlaşır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Litva seyminin (parlament) milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Laurinas Kasçyunas bildirib. Onun sözlərinə görə, bəzi məntəqələrin bağlanması zaman məsələsidir və bu, mütləq baş verəcək.

“Əgər vəziyyət pisləşərsə, onda sərhədin tam bağlanması barədə də qərar qəbul olunacaq”, - komitə sədri Litva milli televiziyası və radiosunun efirində belə deyib.

Avqustun 3-də Litva Prezidenti Gitanas Nauseda Belarusla sərhədin mühafizəsinin gücləndirildiyini və onu bağlamağa hazır olduqlarını bəyan edib. “Biz Belarusla sərhədi bağlamaq barədə düşünürük, lakin bunu Polşa və Latviya ilə razılaşdırmaq lazımdır", - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM