satellite   Azerspace-1: 11135 H 30000

Kerç boğazında Rusiya tankeri dəniz dronu ilə vurulub

Kerç boğazında Rusiya tankeri dəniz dronu ilə vurulub

Avqustun 5-nə keçən gecə Kerç boğazında Rusiyanın ticarət tankerinə dəniz dronu ilə hücum edilib.

Naxçıvan televiziyası xəbər verir ki, lövbərdə dayanmış tanker hücum nəticəsində zədələnib. Xarici KİV-də yayılan məlumatlara görə, hücumun arxasında Ukraynanın Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələri dayanır. Xüsusi əməliyyat suüstü pilotsuz aparat vasitəsilə həyata keçirilib.

Novorossiysk dəniz xilasetmə-koordinasiya mərkəzindən TASS agentliyinə bildirilib ki, tankerdə 11 nəfər olub, xəsarət alan yoxdur, yanacaq sızıntısı baş verməyib. Hazırda tankerin yedəyə alınması məsələsi həll olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM