satellite   Azerspace-1: 11135 H 30000

Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb

Danimarka səfiri Gürcüstan XİN-ə çağırılıb

Danimarkanın Gürcüstan və Ermənistandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Naxçıvan televiziyası Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, diplomatın günün sonuna qədər XİN-ə gəlməsi gözlənilir.

Daha əvvəl Sorensenin Danimarka KİV-lərinin birində Gürcüstanda baş verən son hadisələrlə bağlı məqaləsi dərc olunub. Diplomat keçmiş baş nazir və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilini “1990-cı illərdə Rusiyada var-dövlət qazanan oliqarx” adlandırıb.

“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səfirin açıqlamasını məsuliyyətsizlik adlandırıb.

Qeyd edək ki, partiyanın 2023-cü il dekabrın 30-da keçirilən qurultayı onun təsisçisi, 67 yaşlı Bidzina İvanişvilini fəxri sədr seçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM