satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Baş prokuroru: ilkin ekspertiza Rusiyanın Şimali Koreya raketlərindən istifadə etdiyini təsdiqləyir

Ukraynanın Baş prokuroru: ilkin ekspertiza Rusiyanın Şimali Koreya raketlərindən istifadə etdiyini təsdiqləyir

İlkin verilənlərə əsasən, Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andriy Kostin “Suspilne” telekanalının efirində bildirib.

“İlkin elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, yanvarın 2-də Xarkov şəhərinin mərkəzi hissəsinə atılan mərmi Şimali Koreya tərəfindən hazırlanmış qısamənzilli raketdir”.

Onun sözlərinə görə, hazırda hərtərəfli ekspertiza aparılır ki, bu da raketi identifikasiya etməlidir. Kostin əlavə edib ki, prokurorlar hazırda Xarkov və Odessa vilayətlərində son hücumlarda istifadə edilən digər döyüş sursatı fraqmentlərini axtarırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM