satellite   Azerspace-1: 11135 H 30000

İraqda Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb

İraqda Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi şəhid olub, digəri yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən həyata keçirilmiş təqib və sızma cəhdi nəticəsində çavuş Səməd Aslan şəhid olub, bir qəhrəman silahdaşımız isə yaralanıb. Yaralanan silahdaşımız dərhal xəstəxanaya çatdırılaraq müalicəsinə başlanılıb”, – müdafiə qurumunun mətbuat xidməti açıqlayıb.

Qeyd olunub ki, bölgədə əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, “Pəncə-Kilit” əməliyyatı 2022-ci ilin aprelin 18-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM