satellite   Azerspace-1: 11135 H 30000

Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb

Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb

ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Naxçıvan televiziyası "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri videoya çəkilmiş müraciətində bildirib.

"Amerika və Britaniya düşməni Yəmən xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq", - Sari deyib. O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. O, bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib.

Husilərin Xarici İşlər Nazirliyinin rəsmisi Hüseyn əl-Ezzi "Amerika və Britaniya gəmiləri, sualtı qayıqları və döyüş təyyarələri ilə kütləvi aqressiv hücumu" həyata keçirdiyini deyib. "Amerika və Britaniya, şübhəsiz ki, ağır bədəl ödəməyə və bu açıq təcavüzün bütün dəhşətli nəticələrini çəkməyə hazırlaşsınlar", Əl-Ezzi əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM