satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna hökuməti səfərbərliklə bağlı qanun layihəsini beynəlxalq standartlara uyğun hesab etməyib

Ukrayna hökuməti səfərbərliklə bağlı qanun layihəsini beynəlxalq standartlara uyğun hesab etməyib

Ukrayna Nazirlər Kabinetinin Ali Radaya təqdim etdiyi səfərbərliklə bağlı qanun layihəsinə parlamentin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi tərəfindən baxılıb. Qanun layihəsinin bəzi müddəalarının Ukrayna Konstitusiyasının normalarına, insan haqları ilə bağlı beynəlxalq standartlara uyğun olmadığı müəyyən edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin sədri Fyodor Venislavskiy bildirib.

Ötən gün Ukraynanın müdafiə naziri Rustem Umerov yeni qanun layihəsinin hazır olduğunu bildirib. Qeyd edib ki, əsas məsələlərdən biri sosial ədalətin təmin olunmasıdır: “Hərbi mükəlləfiyyətli Ukrayna vətəndaşlarının böyük bir hissəsi Ukraynanı tərk ediblər. Onlar həmçinin konsulluqda hərbi xidmət üçün qeydiyyatdan keçməlidirlər. Bu, artıq mövcud qanunvericilikdə nəzərdə tutulub”.

R.Umerov deyib ki, onlar öz məlumatlarını yeniləməlidirlər: “Gələcəkdə biz də mövcud qanunvericiliyə uyğun qərarlar verəcəyik. Xaricdən çağırış yaşına çatan bütün Ukrayna vətəndaşlarının geri qayıtmasını təmin etmək, əlbəttə ki, asan olmayacaq. Amma buna baxmayaraq, biz çalışırıq ki, bu vətəndaşlar öz vətənlərini müdafiə etmək öhdəliyini yerinə yetirsinlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM