satellite   Azerspace-1: 11135 H 30000

Ukraynaya kütləvi raket hücumu olub

Ukraynaya kütləvi raket hücumu olub

Bu gün səhər saatlarında Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

Bildirilib ki, Kiyev istiqamətinə raketlər atılıb.

Ukrayna Hərbi Hava Qüvvələri vətəndaşları sığınacaqlara girməyə çağırıb.

Həmçinin Kropivnitski şəhərində partlayış səsləri eşidilib.

Məlumata görə, Dnepr vilayətində də güclü partlayış olub. Əraziyə “Kinjal” raketlərinin atıldığı ehtimal edilir.

Hücumlarla əlaqədar olaraq ölkədə hava həyəcanı elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM