satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyada Qırmızı Xaçın əməkdaşı güllələnib

Efiopiyada Qırmızı Xaçın əməkdaşı güllələnib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.

“Təcili tibbi yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, - məlumatda deyilir. Qeyd olunub ki, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib.

Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq bilgi verməyib.

Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM