satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda zəncirvari avtomobil qəzası baş verib

Ermənistanda zəncirvari avtomobil qəzası baş verib

Ermənistanda zəncirvari avtomobil qəzası baş verib, nəticədə 10-dan çox insan yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yanvarın 12-də gecə saatlarında İrəvan-Sevan avtomagistralının 43-cü kilometrliyində 17 avtomobil toqquşub. On nəfərdən çox insan yaralanıb, onlardan biri 5 yaşlı uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunam xilasedicilər və polis patrul xidmətinin əməkdaşları qəzaya uğramış avtomobilləri yolun hərəkət hissəsindən kənarlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM