satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatıb

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatıb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının daha 9 üzvünü öldürüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin bildirilib ki, Suriyanın şimalından Türkiyə ərazisinə 12 nəfərlik terrorçu qrupunun daxil olmaq cəhdinin qarşısı alınıb.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. Türkiyə ordusu ərazidə əməliyyatları davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM