satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu PKK-nın daha 10 terrorçusunu zərərsizləşdirib

Türkiyə ordusu PKK-nın daha 10 terrorçusunu zərərsizləşdirib

İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Daha əvvəl bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib. Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM