satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Türkiyə Silahlı Qüvvələrinin bir sıra ərazilərdəki mandatı uzadılır

Türkiyə Silahlı Qüvvələrinin Ədən körfəzi, Somali sahilləri, Ərəb dənizi və bitişik ərazilərdə qalma müddəti daha 1 il müddətinə uzadılır.

Naxçıvan televiziyası “Haber Global”a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.

Sənəddə Türkiyə Silahlı Qüvvələrinin sözügedən ərazilərdəki mandatının 2024-cü il fevralın 10-dan etibarən daha 1 il uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2009-cu ildən BMT-nin sülhməramlı missiyası çərçivəsində həmin bölgələrdə xidmət edir. Onların mandatı indiyə qədər 13 dəfə uzadılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM