satellite   Azerspace-1: 11135 H 30000

Maldiv Hindistan ordusunu öz ərazisindən çıxarmaq istəyir

Maldiv Hindistan ordusunu öz ərazisindən çıxarmaq istəyir

Maldiv Prezidenti Mohamed Muizzu Hindistanı adalardakı hərbi mövcudluğuna son qoymağa çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, Maldiv Xarici İşlər Nazirliyinin məlumatına görə, hər iki hökumətin nümayəndələri arasında aparılan danışıqlar zamanı bölgəyə nəzarət edən Hindistan ordusunun martın 15-dək adaları tərk etmələri tələb olunub.

Qeyd edək ki, Asiyanın əsas gücləri Hindistan və Çin Hind okeanında yerləşən ada dövləti nüfuzu altına almaq uğrunda mübarizə aparır. Adanın Çin tərəfdarı olması ilə tanınan yeni Prezidenti Mohamed Muizzu Hindistan ordusunun mövcudluğuna son qoyacağını bildirib. O, bu yaxınlarda dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə əlaqələri gücləndirmək üçün ÇXR-ə səfər edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM