“44 günlük müharibədən sonra 17 min “Kalaşnikov” avtomatı yoxa çıxıb”.
Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Vaqe Kazaryan deyib.
“Bu silahların tapılması hüquq-mühafizə orqanlarının əməkdaşlarının işidir”,- deyə o, jurnalistlərə açıqlamasında deyib.
O, vəziyyətin kifayət qədər narahatverici olduğunu etiraf edib.
