satellite   Azerspace-1: 11135 H 30000

ABŞ ordusu Qırmızı dənizdə Amerika gəmisinin raketlə vurulduğunu təsdiqləyib

ABŞ ordusu Qırmızı dənizdə Amerika gəmisinin raketlə vurulduğunu təsdiqləyib

Yəməndəki husi üsyançılar tərəfindən atılan raket bazar ertəsi Marşal adaları bayrağı altında üzən ABŞ-nin “Gibraltar Eagle” yük gəmisinə tuş gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Komandanlıqdan həmçinin bildirilib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru raketin buraxılması faktını qeydə alıb.

Raketin Yəmən ərazisinə düşdüyü, itki olmadığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM