satellite   Azerspace-1: 11135 H 30000

İsrailin Misirlə sərhədində atışma baş verib

İsrailin Misirlə sərhədində atışma baş verib

İsrailin Misirlə sərhədində atışma baş verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, 20-yə yaxın silahlı şəxs İsrail sərhədini keçməyə cəhd edib. Nəticədə İsrail hərbçiləri ilə həmin şəxslər arasında atışma baş verib.

Məlumata görə, narkotik alverçiləri olan silahlıların bir neçəsi atışmada yaralanıb.

Bildirilib ki, Misir sərhədində narkotik qaçaqmalçılığı hadisələri tez-tez baş verir, bəzən bu, silahlı toqquşmalarla da müşayiət olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM