satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin müdafiə naziri: “Terrorçular son nəfəslərini verirlər”

Türkiyənin müdafiə naziri: “Terrorçular son nəfəslərini verirlər”

Terror qruplaşmalarının Suriyanın və İraqın Türkiyə ilə sərhədi boyunca terror dəhlizi qurmaq cəhdinin qarşısı alınıb və dəhliz dağıdılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, terrorçular artıq son nəfəslərini verirlər: “Hərbçilərimiz fəaliyyətlərini uğurla davam etdirirlər. Bunun üçün texnoloji alətlərdən də istifadə olunur”.

Nazir söyləyib ki, Türkiyə Silahlı Qüvvələri əməliyyat bölgəsində olmasa idi, terrorçuların hücumları daha intensiv olacaqdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM