satellite   Azerspace-1: 11135 H 30000

Xarkovun mərkəzinə raket hücumu olub, xəsarət alanlar var

Xarkovun mərkəzinə raket hücumu olub, xəsarət alanlar var

Yanvarın 16-da axşam saatlarında Xarkov şəhərinə növbəti dəfə hava hücumu edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Xarkova hücumu şəhərin meri İqor Terexov və Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinegubov təsdiqləyiblər.

"Xarkov raket hücumuna məruz qalıb. Şəhərdə partlayış səsləri eşidilib", - deyə Terexov yazıb.

Terexovun sözlərinə görə, Xarkovun mərkəzi hədəfə alınıb. Artıq hadisə yerinə lazımi xidmətlər göndərilir.

“Məhz hərbi infrastrukturun olmadığı, daha doğrusu yaşayış binalarının olduğu yerlərə hücumlar edilib. Yaralılar barədə məlumat var", - deyə Terexov bildirib.

Oleq Sinegubov isə bildirib ki, Rusiya iki raketlə hücuma keçib: “Təəssüf ki, mülki yaşayış infrastrukturuna ziyan dəyib və 4 mülki şəxs yaralanıb. Təcili yardım xidmətləri işlərini davam etdirir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM