satellite   Azerspace-1: 11135 H 30000

UNEC magistraturaya qəbul olanlara müraciət edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistraturaya qəbul olan bakalavrların sənəd qəbulu iyulun 9-dan 18-dək elektron qaydada aparılacaq.

UNEC-dən Naxçıvan televiziyası-a bildirilib ki, magistraturaya qəbul olanlar sənədlərini universitetin rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla, kabinet.unec.edu.az bölməsinə yükləməlidirlər.

Bundan əlavə, bakalavrlar portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Portal.edu.az-dan qeydiyyatdan keçməyənlər Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Sənəd qəbulu barədə ətraflı məlumat UNEC-in rəsmi səhifəsinin elanlar bölməsində yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM