Alimlər orqanların bərpasını öyrənməkdə irəliləyiş əldə ediblər

Alimlər orqanların bərpasını öyrənməkdə irəliləyiş əldə ediblər

Lankaster Universitetinin britaniyalı alimləri badamcıqların cərrahi yolla çıxarıldıqdan sonra bərpa oluna biləcəyini müəyyən ediblər.

NUHÇIXAN xəbər verir ki, araşdırma “The Conversation” portalında dərc olunub.

Limfa sistemin bir hissəsi olan badamcıqlar bədənin infeksiyalardan qorunmasında mühüm rol oynayır. Ancaq xroniki iltihablarda bunlar çıxarılmalıdır. Badamcıqların yalnız bir hissəsinin çıxarıldığı qismən tonzillektomiya onların mümkün yenidən böyüməsinin səbəblərindən biridir.

Bu üsul bərpa müddətini qısaldır və ağırlaşma riskini azaldır, lakin xəstələrin təsminən 6 %-də, xüsusən uşaqlarda badamcıqlar yenidən böyüyə bilər ki, bu da bəzən yenidən əməliyyat tələb edir. Tədqiqatçılar uşaqlıq illərində çıxarıldıqdan 40 il sonra badamcıqları tamamilə bərpa olunan Keti Qolden adlı ABŞ vətəndaşının xəstəlik tarixçəsinə baxıblar.

Alimlərin fikrincə, orqanların yenidən böyüməsi onların qalıq toxumasının yeni iltihaba məruz qaldığı hallarda baş verir.

Badamcıqların bərpası orqan bərpasının yeganə nümunəsi deyil. Məsələn, qaraciyər toxumasının yalnız 10 %-ni qoruyarkən belə tam ölçüyə qədər bərpa edə bilir. Dalaq da inanılmaz bir bərpa qabiliyyətinə malikdir: zədələnmədən və ya çıxarıldıqdan sonra fraqmentlər qarın boşluğunda "kök sala" bilər və öz funksiyalarını yerinə yetirməyə davam edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM