NTV xəbər verir ki, 26-29 iyun tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və "Ədliyyə Könüllüləri" ictimai birliyin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası” layihəsi həyata keçiriləcək.
Layihə beynəlxalq kommersiya hüququ, ətraf mühit hüququ və arbitraj sahəsində gənclərin nəzəri və praktiki biliklərini artırmaq məqsədi daşıyır.
Layihədə hüquqşünaslıq, texniki təmayüllü ixtisaslar, beynəlxalq münasibətlər, menecment, politologiya, jurnalistika və iqtisadiyyat üzrə təhsil alan və ya yeni məzun olmuş 25 yaşadək gənclər iştirak edə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/nDQCkDQiNGL1LxtG8
Ətraflı: https://justice.gov.az/news/3929
